“Damla” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmi alt-üst edib.
Bizim.Media xəbər verir ki, məkanların birində canlı konsert proqramı ilə çıxış edən sənətçinin üzərinə bir qolu uzun, digəri isə qısa olan “top”, alt hissəsinə isə qısa şort, onun üzərindən isə iç yanları açıq şalvar geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.
Repertuarında yer alan hitlərini arda-arda düzən Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.
Müğənninin geyiminin uyğunsuz və zövqsüz olduğunu yazan sosial şəbəkə əhli Damlanı yazdıqları şərhləri ilə “yıxıb-sürüyüb”.
Qeyd edək ki, Damlanın Naxçıvanda “Saat Meydanı”nda verdiyi konsert zamanı geyindiyi mirvarilərlə bəzədilmiş “büstqalteri” ön plana çıxan qalmaqallı geyimi tənqid olunmuşdu.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:14 / 29.08.2022
Damlanın konsertə geyindiyi qısa şortunu “başına qaxınc etdilər” - VİDEO
Hazırda oxunan: Damlanın konsertə geyindiyi qısa şortunu “başına qaxınc etdilər” - VİDEO
Hazırda oxunan: Damlanın konsertə geyindiyi qısa şortunu “başına qaxınc etdilər” - VİDEO
90874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.