"Münasibətlərin pozulmasına "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu "Söz baz" maqazin verilişində deyib.
Şou-biznesdə dostluqlardan söz açan sənətçi, bu aləmdə münasibətlərin pozulmasına səbəbin pul olduğunu açıqlayıb:
"O illərdən çox az adam deyə bilər ki, sənət aləmindən mənim dostum qalıb. Böyük sevgi, həsrətlə "Bakı payızı - 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal... Kulisdə bir-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, bir-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır. Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq. Daha sonra digərləri bizim açdığımız yolla rahat gedə bildilər".
Rəşad Əliyev, Bizim.Media