Ağdamda şəhid Adəm Əmirovun xatirə lövhəsinin açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov və rayon ictimayyətinin nümayəndələri ilə yanaşı şəhid ailələri və qazilər iştirak edib.
Rayonun Bənövşələr qəsəbəsində keçilən tədbirdə şəhidin döyüş yolundan geniş söhbət açılıb. Onun ruhuna dualar oxunub.
Sonra rayon icra hakimiyyəti başçısı şəhidin ailəsinin yaşadığı evdə aparılmış əsaslı təmir işləri ilə tanış olub. Bundan başqa onun barelefinin açılışında iştirak edib.
Xatırladaq ki, Adəm Elçin oğlu Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən Ağdam rayonunun Papravənd kəndindən olan ailə 2005-ci ildə məcburi köçkün kimi rayonun Bənövşələr qəsəbəsində məskunlaşıb. O, 2019-cu həqiqi hərbi xidməti başa vurduqdan sonra, 15 iyul 2020-ci ildə ordu sıralarına MAXE kimi xidmətə qəbul olunub.
Vətən müharibəsi zamanı cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Adəm Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 25.08.2022
Ağdamda şəhidin xatirə lövhəsinin açılışı olub - FOTO
Hazırda oxunan: Ağdamda şəhidin xatirə lövhəsinin açılışı olub - FOTO
Hazırda oxunan: Ağdamda şəhidin xatirə lövhəsinin açılışı olub - FOTO
90407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.