Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

90304

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 

Püşkatma öncəsi 32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun 4 səbətə bölünüb.

1-ci səbət: "Real Madrid" (İspaniya), "Ayntraxt" (Frankurt, Almaniya), "Mançester Siti" (İngiltərə),  "Milan" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland)

2-ci səbət: "Liverpul", "Çelsi", "Tottenhem" (hamısı İngiltərə), "Barselona", "Atletiko" (Madrid), "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Leyptsiq" (Almaniya)

3-cü səbət: "Borussiya" (Dortmund) "Bayer" (hər ikisi Almaniya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna), "İnter", "Napoli" (hər ikisi İtaliya), "Benfika" "Sportinq" (hər ikisi Portuqaliya)

4-cü səbət: "Reyncers" (Şotlandiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Marsel" (Fransa), "Kopenhagen" (Danimarka), "Brügge" (Belçika), "Seltik" (Şotlandiya), "Viktoriya" (Plzen, Çexiya), "Makkabi Hayfa" (İsrail).

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO