“Xoşbəxt adamın faciəsi”nə çoxlu pul axtaran Taleh Yüzbəyov - VİDEO

“Xoşbəxt adamın faciəsi”nə çoxlu pul axtaran Taleh Yüzbəyov - VİDEO

Hazırda oxunan: “Xoşbəxt adamın faciəsi”nə çoxlu pul axtaran Taleh Yüzbəyov - VİDEO

90254

“Neçə vaxtdır bir ssenarinin üzərində ilişib, qalmışam. Heç cür yerindən tərpədə bilmirəm. Bəzən belə anlar da olur. Yazdığım ssenari bir əhvatladır. Onu yazıb, bitirmək üçün bəzən günlər, aylar lazım olur. Bu ssenarini keçən ildən başlamışam yazmağa. Onda da yarımçıq saxladım. Başqa itiqamətə apardım. Amma yenə qayıtdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və ssenarist Taleh Yüzbəyov sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Yeni ssenari üzərinə işlədiyini bildirən aktyor sözügedən layihəni ekranlaşdırmaq üçün küllü miqdarda pul lazım olduğunu dilə gətirib. 

“Yazdığım ssenari absurd janrdadır. Adı isə “Xoşbəxt adamın faciəsidir”. Hazır iki ssenarim var. Birini çəkməyə həvəsim yoxdur. Digərini isə çəkməyə çoxlu pul və üzərində işləmək lazımdır. Bu ssenariyə çox inanıram. Uzun zamandır heç bir iş görmürəm. Sonuncu dəfə film və reklamlar çəkmişik. Öz işlərimdən isə heç nə görməmişəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO