Qubada toxum sərgi-satış yarmarkası keçirildi - FOTO

Qubada toxum sərgi-satış yarmarkası keçirildi - FOTO

Hazırda oxunan: Qubada toxum sərgi-satış yarmarkası keçirildi - FOTO

90213

Kənd Təsərrüfatı Nazirliyi yanında Arqar Xidmətlər Agentliyi növbəti toxum sərgi-satış yarmarkasını Qubada keçirib.

Bizim.Media xəbər verir ki, Quba şəhərinin Nizami parkında düzənlənən tədbirə Quba R İH-nin,Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, agentliyin aidiyyatı qurumları, yerli toxumçuluq istehsalçıları, fermerlər, toxumçuluq üzrə elmi mütəxəssislər və toxum istehsalçıları qatılıb.

Rəsmilər və qonaqlar toxum sərgi-satış yarmarkası ilə tanış olublar.

Tədbirdə çıxış edən Quba RİH başçısı Ziyəddin Əliyev bu günki yarmarkanın istər rayon, istərsə də bölgə fermerləri üçün gözəl fürsət olduğunu deyib.
Qeyd edib ki, vaxtında keyfiyyətli toxum əldə edən fermer yüksək məhsuldarlığa zəmin yaradır və  Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı bu imkan   kəndlilərimizə toxum almaqda çox kömək edəcək.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev isə çıxışında bildirib ki, rəhbərlik etdiyi etdiyi qurumun fermerlərin keyfiyyətli toxumla təminatında böyük dəstək göstərir. O söyləyib ki, bu, artıq 3-cü toxum satış yarmarkasıdır ki, Qubada keçirilir.

20-dən çox toxumçu fermerin iştirak etdiyi  yarmarkada 30-dan artıq sortun toxumu nümayiş edilir.

Aqrar Xidmətlər Agentliyi növbəti toxum sərgi-satış yarmarkasını avqustun 29-da Ağcabədi rayonunda keçirəcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO