20 Yanvar AXC-nin vicdanına yazılan bir siyasi soyqırımdır – POLİTOLOQ

20 Yanvar AXC-nin vicdanına yazılan bir siyasi soyqırımdır – POLİTOLOQ

Hazırda oxunan: 20 Yanvar AXC-nin vicdanına yazılan bir siyasi soyqırımdır – POLİTOLOQ

9008

“Mən o günlərin şahidi olan bir insan kimi deyə bilərəm ki, 20 yanvar Rusiya tərəfindən hazırlanan bir provokasiya idi. Çox təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi XI Qızıl Ordunun Bakıya girməsinə zəmin yaratdı. Sonra da dedilər ki, bilərəkdən olmayıb, ancaq onların məqsədi hakimiyyətə gəlmək idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. 

 

MÖVZU İLƏ BAĞLI:

“Bizim 1992-93-cü ildə yaşadıqlarımızı hazırda ermənilər yaşamaqdadır” - Politoloq

Cümşüd Nuriyev: “Rusiyanın Azərbaycan torpaqlarında qalması üçün heç bir saziş yoxdur”


Onun sözlərinə görə, 20 yanvar faciəsinin məsuliyyəti bilavasitə o dövrdə hakimiyyətə can atan Azərbaycan Xalq Cəbhəsinin vicdanındadır. 

“Ondan bir gün əvvəl  o zamanlar bu işlərə baxan quruma - Müdafiə Şurasına müraciət edib axşam qoşunların Bakıya girəcəyini bildirdik. Çox təəssüf edirəm ki, bizim sözümüzə fikir verən olmadı. Müdafiə Şurası heç bir hərəkət etmədi. Onlar hakimiyyət üçün cinayət məsulliyyəti daşımasa da, siyasi və mənəvi məsuliyyət daşıyır.

20 yanvarda tökülən qanlar onların vicdanına yazılıb. Bunu onlar dansalar da, danmasalar da bunun heç bir mənası yoxdur. Rusiya istədi ki, Azərbaycanın milli qürurunu sındırsın, lakin buna heç cür nail ola bilmədi. Əksinə tökülən qanlar Azərbaycan millətini birləşdirdi”,- deyə o, qeyd edib. 

Politoloq bildirib ki, 20 yanvar hadisəsi Rusiyanın ermənilərin əli ilə həyata keçirdiyi soyqırımdır:

“Həmin gecə XI Qızıl Ordu Azərbaycan vətəndaşlarını siyasi soyqırıma məruz qoydu. Bakıda qətliam törədən Krasnodardan cəlb olunan ehtiyatda olan erməni dəstələri idi. O zaman bu ermənilərin siyahısını da dərc etdik. 188 nəfər erməni Bakıya daxil olub, qırğında iştirak etmişdi”.

Sonda Cümşüd Nuriyev fikrini bu sözlərlə bitirib:  

“İstər siyasi savadsızlıqdan olsun və ya başqa bəhanələrdən, birmənalı olaraq bu,  Azərbaycan Xalq Cəbhəsinin vicdanına yazılan bir siyasi soyqırımdır. Xalq Cəbhəsinin o zamanlar bir amalı vardı – hakimiyyətə gəlmək. Onlar üçün qalan məsələlərin heç bir əhəmiyyəti yox idi.

Bu proses onlar hakimiyyətə gəldikdən sonra da davam etdi. 1991-1993-cü illərdə Azərbaycanın əraziləri işğal olundu. Bu işğalların da birbaşa səbəbkarı onlardır. Ən azı 1 milyon insanın torpaqlarından didərgin düşməsi də Xalq Cəbhəsinin vicdanına yazılıb”.

Vüsalə Balayeva, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO