Bu insanlara hədiyyə alanda DİQQƏTLİ OLUN – Ən kaprizli BÜRCLƏR

Bu insanlara hədiyyə alanda DİQQƏTLİ OLUN – Ən kaprizli BÜRCLƏR

Hazırda oxunan: Bu insanlara hədiyyə alanda DİQQƏTLİ OLUN – Ən kaprizli BÜRCLƏR

90077

Bəzən sevdiklərimizə hədiyyə almaq mövzusunda çox fikir edirik. Nə alaq ki, ürəyincə olsun, nə alaq ki, bir tərəfə atmasın istifadə etsin.

Bürclərə görə insanların arzuladıqları hədiyyələr də müxtəlifdir. Məsələn, bir bürcün qadını gül arzuladğı halda, digər bürcün qadını bunu artıq xərc hesab edir. Bəzi bürclərin kişiləri ətir arzuladığı halda, başqası üçün ən gözəl hədiyyə saat ola bilər.

Qoç 

Əgər sevgiliniz Qoç bürcüdürsə idman stilində və qırmızı rəngdə ona hər şey hədiyyə edə bilərsiniz. Qoç bürcü qadınına qırmızı dodaq boyası, Qoç bürcü kişisinə qırmızı idman ayaqqabısı ən gözəl hədiyyə ola bilər. Nə alsanız, unutmayın, qırmızını seçin.

Buğa

Buğa bürcü üçün sevgisi daha önəmlidir. Onun ürəyini bir şam yeməyi ilə də ala bilərsən. Bir dəstə gül, bir sevgi mesajı Buğa qadınının ürəyini fəth edə bilər. Buğalara edilən telefon, tablet, ipək şal, qısacası hər bir hədiyyə onları sevindirə bilər.

Əkizlər

İntelektual Əkizlər bürcünə ən böyük hədiyyə elektron kitablar ola bilər. Əkizlər qadınına əl işi olan kolyelər, pul kisəsi, saat, qulaqlıq da hədiyyə edə bilərsiniz. Şüşədən bir qabla da bəzən Əkizləri sevindirmək olur.

Xərçəng

Xərçəng bürcü qadınına ruhuna uyğun romantik hədiyyələr verilməlidir. Onu xoşbəxt görmək üçün evinə hədiyyə alın. Kolye və ya sevgi ilə seçilmiş köynək də Xərçəngi sevindirə bilər.

Şir

Şir bürcünə ən gözəl hədiyyə güzgüdür. Özünə heyran olan Şirlər kim olduqlarını unutmamaq üçün tez-tez güzgüyə baxsalar, yaxşı olar. Şir bürcü altnda doğulanlar saatları da çox sevirlər. Ancaq romantik gəzinti, möhtəşəm axşam yeməyi də Şirin diqqətini çəkə bilər. Özünü göstərməyi sevdiyi üçün ona bahalı üzük və şuba da ala bilərsiniz.

Qız

Qız bürcü xırdaçı olduğu üçün onu sevindirmək, hədiyyə bəyəndirmək çox çətindir. Buna görə də ona hədiyyə seçərkən faydalı ola bilən hədiyyələrə üstünlük verməlisiniz. Ona ömür boyu taxa biləcəyi kolye də hədiyyə edə bilərsiniz.

Tərəzi

Tərəziyə hədiyyə aldığın zaman sənətsevər olduğunu nəzərə almalısan. Məsələn, onu filmə baxmağa dəvət edə bilərsən. Bir sənət əsəri də Tərəzini sevindirə bilər. Tərəzi bürcü qaıdnı üçün kəmər, köynək ideal seçim ola bilər.

Əqrəb

Əqrəb bürcü ehtiraslı olduğu üçün ona cazibədar ayaqqabı və ya eynək hədiyyə edə bilərsən. Cinsəlliyini hiss etdirmək üçün onlara diqqətçəkən alt paltarları da hədiyyə edə bilərsiniz.

Oxatan

Oxatanların iştahları böyük olur. Onlara ən gözəl hədiyyə xaricə səfər ola bilər. İmkanınız yoxdursa, onu hansısa bölgəyə də istirahətə apara bilərsiniz. Eyni zamanda onlara kürək çantası da yaxşı hədiyyə ola bilər. Fotoaparat, idman ayaqqabısı da onlar üçün yaxşı hədiyyələrdən hesab edilir.

Oğlaq

Qız bürcündən sonra ən çətin hədiyyə bəyənən bürc Oğlaq bürcüdür. Onlar işlərinə yaramayan hədiyyələri sevməzlər. Bahalı bir qələm və ya sənədləri toplaya biləcəyi bir çanta Oğlaq üçün sevimli hədiyyə ola bilər.

Dolça

Dolça bürcü qadınlarına əl işi kolyelər, bilərziklər ən göəzl hədiyyədir. Dolça kişiləri üçün isə ən yaxşı hədiyyə elektron əşyalardır. Hədiyyənin üstünə ikinizin də adını tatu etməniz onu sevindirə bilər.

Balıq

Xəyal gücü yüksək olan romantik Balıq bürclərinə çanta, sevgililər günü kolleksiyası və ya mirvarili zinət əşyaları hədiyyə edə bilərsiniz. Balıq kişisinə isə romantik mahnıların yığıldığı bir fləş və ya şərab hədiyyə etməyiniz yerinə düşər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO