Azərbaycan-Türkiyə-Gürcüstan nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

Azərbaycan-Türkiyə-Gürcüstan nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə-Gürcüstan nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

90074

Bu gün Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

O qeyd edib ki, görüşdə Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.
"Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüşümüz məhsuldar keçib. Xüsusən də, Poti və Batumi limanları ilə Ələt limanı arasında blok qatarın yaradılması, qrafiklərin uyğunlaşdırılması və vahid tariflərin müəyyən olunmasını müzakirə etdik",-deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO