Paşinyan Ermənistanın “Müstəqillik Bəyannaməsi”nin qəbulunun ildönümü ilə bağlı mesajında Rusiyanın bostanına daş atıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qərblə “oyun oynayır” - Anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır
“Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir, lakin müttəfiqlər həmişə təkcə sizin müttəfiqləriniz deyil, həm də sizə qarşı olanların müttəfiqləridir”, - Paşinyanın mesajında deyilir.
Xatırladaq ki, hakimiyyətə gələn kimi Paşinyan Cənubi Qafqaz Dəmir Yolunun Ermənistan ofisində nümayişkaranə maska-şou yaradıb, KTMT-nin baş katibi Yuri Xaçaturovu və Putinin dostu, Ermənistanın ikinci prezidenti Robert Köçəryanı həbs edib.
Bizim.Media