Türkmən səfir ŞUŞADA 

Türkmən səfir ŞUŞADA 

Hazırda oxunan: Türkmən səfir ŞUŞADA 

89830

Türkmənistanın Azərbaycana yeni təyin olunan səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib.

"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib". 

Türkmənistanlı diplomat həmçinin işğal dövründə Şuşanın tarixi-memarlıq abidələrinə vurulmuş ziyan barədə də məlumatlandırılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO