Bu qəsəbə zibil poliqonuna çevrilib - VİDEO

Bu qəsəbə zibil poliqonuna çevrilib - VİDEO

Hazırda oxunan: Bu qəsəbə zibil poliqonuna çevrilib - VİDEO

89715

Sumqayıtda məişət tullantıları yaşayış evlərinin yaxınlığına atılır.

Bizim.Media xəbər verir ki, Kimyaçılar qəsəbəsində böyük bir ərazi zibil poliqonuna çevrilib.

Sakinlər belə vəziyyətin uzun illərdir davam etdiyini deyirlər. Onlar iddia edirlər ki, nə qədər müraciət edilsə də, problem öz həllini tapmayıb.

Əraziyə nəzarət edən bələdiyyənin 1 saylı məhəllə komitəsi Kimyaçılar qəsəbəsində ''Bazar Düzü'' məhəlləsinin zibilliyə qərq olmasında sakinləri günahlandırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, əraziyə baxış keçirləcək və problemin həlli üçün lazım olan tədbirlər görüləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO