İran PUA-ları ABŞ-ın Küveytdəki bazasına zərbələr endirdi

İran PUA-ları ABŞ-ın Küveytdəki bazasına zərbələr endirdi

Hazırda oxunan: İran PUA-ları ABŞ-ın Küveytdəki bazasına zərbələr endirdi

89651

İranın pilotsuz təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına çoxsaylı zərbələr endirib. Hücum azı dörd PUA tərəfindən həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avia.pro portalı yayıb.

Nəşrin məlumatına görə, ən azı dörd pilotsuz uçuş aparatı əvvəllər F-35 qırıcıları və MQ-9 Reaper pilotsuz təyyarələrinin yerləşdiyi ABŞ hərbi aviabazasının perimetrinə hücum edib.

Hücum və onun effektivliyi haqqında məlumatlar peyk görüntüləri ilə təsdiqlənib. Hərbi obyektin çox böyük bir sahəsi zərər görüb.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti İranyönlü Taşkil əl-Varsin qruplaşması öz üzərinə götürüb. Aviabazaya hücum SEPAH-ın Əl-Qüds Xüsusi Qüvvələrinin komandanı, general Qasım Süleymaninin ölümünə cavab idi.

İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdadda keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Donald Tramp dəfələrlə bəyan edib ki, ləğvetmə qərarını şəxsən özü verib.

Bundan əvvəl ABŞ kəşfiyyatı İranın 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds Xüsusi Qüvvələrinin komandanı general Süleymanının öldürülməsinə görə qisas ala biləcəyini irəli sürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO