Dünya Səhiyyə Təşkilatının (ÜST) Müstəqil Qrupu Çinin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli addım ata biləcəyi halda bunu etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bir gündə 13 minə yaxın koronavirus xəstəsi ölüb
ÜST mütəxəssislərinin fikrincə, epidemiyanın qlobal miqyasda yayılmasına səbəb ilk günlərdə məlumatların gizlədilməsi olub.
Xatırladaq ki, pandemiyanın başlanğıcından bəri dünyada 95 milyon yoluxma qeydə alınıb, 52 milyon insan sağalıb, 2 milyondan çox insan ölüb.
Bizim.Media