Himayədar ailə MODELİ – Kimsəsiz uşaqları himayəyə götürənlərə DÖVLƏT DƏSTƏYİ olacaq

Himayədar ailə MODELİ – Kimsəsiz uşaqları himayəyə götürənlərə DÖVLƏT DƏSTƏYİ olacaq

Hazırda oxunan: Himayədar ailə MODELİ – Kimsəsiz uşaqları himayəyə götürənlərə DÖVLƏT DƏSTƏYİ olacaq

89390

Bu il fevralın 15-də Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin tənzimləməsi və dövlət nəzarətinin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi, hüquqlarının qorunması üçün dünyada bir neçə model var. Bu mexanizmlərdən sınaqdan keçəni və uğurlu sayılanı himayədar ailə modelidir. Azərbaycaan Türkiyə modelinə üstünlük verir. 

Modelin başlıca prinsipi uşağın ailədə yaşamasıdır. Əvvəl öz ailəsində yaşaması üçün məsələlərə baxılır, əgər mümkün olmasa, onu himayəyə verir. 

Onu da qeyd edək ki, himayədən məhrum uşaqları himayə edəcək ailələrə dövlət dəstək verəcək. Bunun üçün həmin aillərə dəstək, stimullaşdırıcı tədbirlər, maliyyələşmə qaydaları ilə bağlı təkliflər hazırlanır. Həmçinin, bununla bağlı hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri görülür. 

Bu məsələ “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda (2014-2025-ci illər) nəzərdə tutulub. 

Nazirliyin sosial dəstək mexanizminin tətbiqinə uşaqların öz ailələrinə qaytarılması, yaxud himayədar ailəyə verilməsi, həm də onların müəssisələrə düşməsinin qarşısını almaq üçün tədbirlər görmək daxildir. 

Nazirlik bu sahədə idarəetməni həyata keçirməsi ilə əlaqədar 2022-ci il noyabrın 1-dək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin edəcək.
Müəssisəlrdə tərbiyə alan uşaların fərdi inkişaf planı da hazırlanacaq. Bu məsələlər artıq müzakirəyə verilib və münasib variantın hüquqi bazasının yaraılmasına başlanacaq. 

Bəs bu model özündən əvvəlkilərdən nə ilə fərqlənir? Özündə nələri etiva edir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən açıqlamaya görə, himayədar ailələrin yaradılması ölkədə müəssisələrdə uşaqların sayının azalmasına, habelə uşaqların ailə mühitində böyüməsi, fərdi qayğı göstərilməsi nəticəsində onların daha yaxşı sosial-psixoloji inkişafına və gələcəkdə asan şəkildə cəmiyyətə inteqrasiya etmələrinə imkan yaradacaq:

“Himayədar ailə”də olan uşaqlar isə qayğı baxımından özlərini tam əhatələnmiş görürlər və ailə anlayışı tam şəkildə formalaşır. “Himayədar ailə” “Övladlığa götürmə” ilə mahiyyət baxımından oxşarlıq təşkil etsə də hüquqi baxımdan fərqlənirlər.

Himayədar ailə vərəsəlik, pensiya öhdəliyinin davam etməsi və s. kimi hüquqi nəticələr doğurmur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı səlahiyyətlərin 2022-ci il noyabr ayından etibarən Nazirliyə verilməsi nəzərdə tutulur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO