“Zöhrə Abdullayeva bir xanım kimi xoşbəxt olmadı.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firüzə İbradova qonaq olduğu “O üz” verilişində deyib.
Mərhum sənətkar, Əməkdar artist Zöhrə Abdullayevadan söz açan Firuzə onun həyat kitabını vərəqləyib.
İbadova Abdullayevanın oğlunun vəfatı ilə barışa bilmədiyini və onu həyatdan küsdürdüyünü dilə gətirib.
“Zöhrə erkən ailə həyatı qurmuşdu. Onun bir oğlan övladı dünyaya gəldi. Qadın kimi çox nisgilli idi. O, övladı ilə tək qaldı. Oğlu böyüyüb, çox ağıllı oldu. Ali məktəbə daxil oldu. Uğurlu qiymətlərlə bitirdi.
Zöhrə sanki pıçıldayır ki, oğlu İsrafil dünyasını dəyişdikdən sonra, qürurunu özü ilə apardı. Şux qamətini sındırdı. Hətta səsini belə özü ilə apardı. Allah nə vermişdisə, elə bil ki, hamısı İsrafil ilə getdi. İradəsinə güc gələ bilmədi. İradəsi gücünün qarşısında sındı. Sındırdı, getdi...”
Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. O, dörd il əvvəl 47 yaşında beyin xərçəngindən dünyasını dəyişib. Oğlunun vəfatından üç ol sonra Zöhrə Abdullayeva sklerodermiya xəstəliyindən 68 yaşında vəfat edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:08 / 19.08.2022
Firuzə İbadova: “Oğlunun ölümü Zöhrənin qəddini əydi ” - VİDEO
Hazırda oxunan: Firuzə İbadova: “Oğlunun ölümü Zöhrənin qəddini əydi ” - VİDEO
Hazırda oxunan: Firuzə İbadova: “Oğlunun ölümü Zöhrənin qəddini əydi ” - VİDEO
89376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.