Arvadını qısqanaraq öldürdü - 10 il cəza aldı

Arvadını qısqanaraq öldürdü - 10 il cəza aldı

Hazırda oxunan: Arvadını qısqanaraq öldürdü - 10 il cəza aldı

8921

Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə arvadını öldürməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.İsayevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il mayın 20-də Mingəçevir şəhəri ərazisində baş verib.

İttihama görə, Elnur İsayev həyat yoldaşının başqa şəxslə telefonla danışdığından şübhələnərək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü Fərqanə İsayevaya bıçaq zərbələri vuraraq qəsdən öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO