Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO 

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO 

Hazırda oxunan: Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO 

89201

Qazaxıstan Respublikasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib. 

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar. 

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandaları iştirak edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO