Rusiya Ermənistanla qarşıdurmaya gedir

Rusiya Ermənistanla qarşıdurmaya gedir

Hazırda oxunan: Rusiya Ermənistanla qarşıdurmaya gedir

89183

Xəbər verdiyimiz kimi, Rusiyanın Ermənistandakı səfirliyi dünən İrəvandakı Surmalu ticarət mərkəzində (Sürməli - red.) baş verən partlayışda Rusiya strukturlarının əli olması ilə bağlı yayılan şayiə və şərhlərə münasibət bildirib. Bəyanatda Ermənistanın informasiya məkanında yayılan xəbərlər kəskin şəkildə pislənib.

Bu gün isə İrəvanın “Lragir” nəşri “Rusiya Ermənistanla birbaşa qarşıdurmaya doğru gedir” başlıqlı məqalə dərc edib. Yazıda vurğulanır ki, Ermənistanın Rusiya ilə belə münasibəti yalnız bir məqsədə, “erməniləri əsarət altına” almağa xidmət edir. Məqalə müəlliflərinin fikrincə, Rusiya, bununla İrəvanı xaosa sürükləmək istəyir.

Bizim.Media erməni nəşrinin həmin yazısını oxucuların diqqətinə çatdırır.

“Rusiyanın İrəvandakı səfirliyinin reaksiyası Rusiyanın birinci şəxslərinin Ermənistanla bağlı hər hansı bəyanatları kimi sanki “bir etirafdır”. Bundan başqa, bəyanatda “Rusiya-Ermənistan müttəfiqlik münasibətlərini pozmağa yönəlmiş eyhamlardan” bəhs edilir.

Bu münasibətlər Rusiya üçün nəyi ifadə edir: yalnız ermənilərin əsarət altına alınması və problemlərini ermənilərin hesabına həll etmək imkanı? 

“Ermənistan-Rusiya müttəfiqlik münasibətləri” zamanı milyonlarla erməni həlak oldu. Nəyin hesabına? Ruslarla qardaşlıq, proletar həmrəyliyi, Putinin simasını qorumaq naminə. İndi isə belə bir mexanizmdən istifadə edilir”: “Türklər hücuma keçir, ruslar son anda köməyə gəlir”. Ermənistandakı əksər rusiyayönlü siyasi nomenklatura, akademik dairələr, agentlər və media məhz bu mexanizmi təmin etməyə yönəlib.

Ermənilər bütün bunları öz gözləri ilə görüb. Xüsusən Fərrux kəndi, Laçın dəhlizi, ermənilərin əsir alınması, tərksilahla bağlı ultimatumlar göz qabağındadır.

Putin-Ərdoğan paktından sonra Rusiya ermənilərlə açıq qarşıdurma rejiminə keçib. Moskva Qarabağın Azərbaycana təslim edilməsi planının həyata keçirilməsini sürətləndirir və Bakının hərəkətlərini tənzimləyir.
Ermənistanın cənubunun ilhaqı və Rusiyanın Türkiyə ilə birbaşa əlaqəsi Kremlin kleptokratik rejimi üçün ölüm-dirim məsələsidir. Rusiya səfirliyinin əsəbi reaksiyası və Ermənistan hakimiyyətinə birbaşa göstərişi Rusiya ilə Ermənistanın birbaşa qarşıdurmasının sübutudur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO