Gürcüstanda yaşayan azərbaycanlılar rəsmi qurumlarda niyə az təmsil olunur? – VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar rəsmi qurumlarda niyə az təmsil olunur? – VİDEO

Hazırda oxunan: Gürcüstanda yaşayan azərbaycanlılar rəsmi qurumlarda niyə az təmsil olunur? – VİDEO

89181

Qədim-qayım Azərbaycan torpağı olan Borçalıda hazırdı 700 mindən artıq soydaşımız yaşayır. Bu insanların sosial-iqtisadi, mədəni həyatı hər zaman bizlərin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Gürcüstanda yaşayan istənilən soydaşımızın uğuru bizi hər zaman məmnun edib, sevindirib. Və həmin soydaşımızın uğuru Azərbaycanda kifayət qədər təqdir edilib, alqışlanıb. 

Gürcüstandakı soydaşlarımızın uğurları bizi ancaq sevindirir

Təbii ki, hər zaman ən böyük istəyimiz də bu olub ki, Gürcüstanın ictimai-siyasi həyatında fəal və uğurlu karyeraya sahib soydaşlarımız çox olsun. Dövlət qurumlarında, qanunverici orqanlarda və eləcə də vətəndaş cəmiyyəti institutlarında soydaşlarımızın daha çox təmsil olunması bizi ancaq qürurlandıra bilər.

Lakin, bu məsələ ilə bağlı Gürcüstandakı mövcud vəziyyət heç də ürəkaçan deyil. İstər parlamentdə, istər hökümətdə, istərsə də yerli özünüidarəetmə orqanlarında soydaşlarımız çox az sayda təmsil olunur. Bunun da bir sıra səbəbləri var. 

Soydaşlarımız gürcü dilini öyrənməyə az səy göstərirlər

Mütəxəssislərin fikrincə soydaşlarımızın Gürcüstanın rəsmi qurumlarında az təmsil olunmasının əsas səbəbi dövlət dilini zəif bilmələridir. Çox təəssüf ki, soydaşlarımızın çox az qismi gürcü dilində yazıb, oxuya bilir. 

Maraqlı məqamlardan biri də odur ki, Gürcüstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayı çox azdır. Gürcüstandakı gənclər ali təhsil almaq üçün daha çox Azərbaycana üz tuturlar. Sonradan isə onların Gürcüstanda iş tapması məhz dövlət dilini bilməmələrinə görə problemə çevrilir.

Bəs soydaşlarımızın Gürcüstanın rəsmi qurumlarında az təmsil olunmasının daha hansı səbəbləri var?

Bu barədə təqdim etdiyimiz videoda ətraflı bəhs olunur:

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO