Bakıda ambulans qəzaya düşdü - FOTO

Bakıda ambulans qəzaya düşdü - FOTO

Hazırda oxunan: Bakıda ambulans qəzaya düşdü - FOTO

89175

Bakının Nəsim rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. 

Belə ki, dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub. 

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO