Nə qədər etiraz etsək də, gündəlik həyatımızda can qurtaran “şirin” adlandırılan yalanlardan əksəriyyətimiz istifadə edirik. Lakin bəzi yalanlar var ki, sonu çıxmaz yollara, böyük problemlərə hətta ayrılıqlara səbəb olur.
Bizim.Media bu dəfə şirin belə olsa yalanı qəbul etməyib, qisasını pis çıxan bürclərin siyahısını təqdim edir:
Qoç
Qoçlar bu cəhətdən hiyləgər davranırlar. Belə ki, əgər onları qəzəbləndirib və ya yalan danışmısınızsa, dərhal bunu sizin üzünüzə deyəcəklər. Səhvinizi düzəltmək üçün heç bir iş görməsəniz, onlar sizi heç vaxt unutmayacaq. Qoç üzünüzə güləcək və mümkün qədər dostcasına davranacaq. Ancaq gözləmədiyiniz zaman sizi cəzalandıracaq. Bu bürcün nümayəndələri özlərini yaxşı hiss etdikləri zaman sizi bağışlaya bilər, amma artıq sizə etibar etməyəcək.
Buğa
Xətrinə dəymisinizsə, üzr istəməyə tələsin. Bağışlasa da, unutmayın ki, sizi qara siyahısına daxil edib. Qisas dərhal və qəddar formada alır. Ağır zərbələrlə yaddaşınızda iz buraxa bilər.
Əkizlər
Onların dostcanlı olması bəzən özlərinə qarşı fırlanır. Onları aldadıb incitmək istəyənlər olur. Amma bunu etməsələr, yaxşıdır. Çünki zahirən sülhsevər əkizlər qisas almağın yolunu tapacaqlar. Həm də qalmaqal və dava-dalaşsız. Sadəcə bəzi gizli məlumatların yayılması kifayətdir.
Tərəzi
Tərəzi bürcünün nümayəndələri bu mövzu da elə də prinsipial deyil. Onların düşüncə tərzi belədir: “Əgər həyatımda hər şey qaydasındadırsa, niyə kimdənsə intiqam alım ki”?
Oxatan
Küslərə tez reaksiya verə bilmirlər, ancaq kinlidirlər. Buna görə də zəhərli yaylarını dəqiq və çox miqdarda atırlar. Bəzən dayana bilmir və elə qisas alır ki, alır. İncikliyi olan adamın məğlub, sınıxmış durumu da heç nəyi dəyişmir. Bu vəziyyəti ancaq ən yaxınları dəyişə bilər. Digər yalvarışlar mənasızdır.
Xərçəng
Bu bürc qisas almasa da, ürəyinə toxunan insanın yardımına o çağırsa belə, gəlməz. Öz prinsiplərində amansızdır.
Qız
Təhqir olunsa da, özünü cilovlayır və necə qisas alacağını planlaşdırır. İncikliyi düşən adamın ən zəif yerini tapır və sırf o yöndə intiqam alır. Yalvarış və üzrxahlıqlar da keçmir.
Şir
Çox küsəyən və qisasçıdırlar. İnciyəndə uşaq kimi məzəli, gülməli görünsə də, sonda özü qəhqəhə çəkir. Çünki axır-əvvəl qisasını alır. Onu tərifləməklə bağışlanmaq olur.
Əqrəb
Buğa buynuz atırsa, əqrəb də sancır. Onları qisas ustadları adlandırırlar. İntiqam üçün təmkinli olub, düzgün məqamı gözləyirlər. Ona güldüyünüz, xətrinə dəydiyiniz vaxtda qəfil həmin hərəkəti sizə qaytara bilər. Qisasda borclu qalmır və hər yolla cavab verir.
Oğlaq
Xırda dozalarla vasitəçilərin əli ilə qisas alır. Onun bağışlamağına nail olmaq asan iş deyil, amma hardasa mümkündür. Sadəcə oğlaqın sizin həyatınızı nə günə qoymasını etiraf etmək lazımdır.
Dolça
Çox kreativ heyif çıxmağı var. Əgər qəlbinə dəymisinizsə, film kimi və gülməli qisaslara hazır olun. Yəni, başınıza pis hadisələrin gəlməyini istəmirsinizsə, zamanında üzr istəyin.
Balıqlar
Xarici görünüşcə günahsız və vecsiz görünürlər. Lakin etdiyiniz, dediyiniz hər şeyin fərqində olan su ünsürü bürcü qisas almaqda mahirdirlər: Bu bürcün əsas qisası düşmənləri haqda el-aləmə yaydığı qeybətlərdir. Ziyanlı məsləhətlər də intiqama daxildir.
Bizim.Media