The Economist: “1 dolların REAL QİYMƏTİ 94 qəpikdir” - Azərbaycan manatı niyə bahadır? 

The Economist: “1 dolların REAL QİYMƏTİ 94 qəpikdir” - Azərbaycan manatı niyə bahadır? 

Hazırda oxunan: The Economist: “1 dolların REAL QİYMƏTİ 94 qəpikdir” - Azərbaycan manatı niyə bahadır? 

89078

“Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir. Dolların real məzənnəsi 94 qəpik səviyyəsində olmalıdır”.

Bizim.Media Yeniavaz.com-a istinadən xəbər verir ki, bunu məşhur “Biq Mak” indeksinə əsasən aparılan hesablama deyir.

“Biq Maq” valyutaların məzənnəsini necə müəyyən edir?

“Biq Maq” indeksi Böyük Britaniyanın “The Economist” jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir.

İndeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur “Biq Mak” adlı hamburgerinin qiyməti əsasında hazırlanır.

“The Economist” jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür. Əgər hər hansı ölkədə “Biq Mak”ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır.
Əgər ölkədəki “Biq Mak” ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

Azərbaycandakı hamburger ABŞ-dakı hamburgerdən nə qədər ucuzdur?

Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən “McDonalds” restoranlarında satılan “Biq Mak” hamburgerinin qiyməti mövcud məzənnə ilə hesabladığımız zaman 2,77 dollara bərabər olur.

“The Economist” jurnalının açıqladığı sonuncu “Biq Mak” indeksinə görə ABŞ-da hamburgerin qiyməti 5,15 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ-la müqayisədə 1,8 dəfə ucuzdur.

Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 1,8 dəfə “şişirdilib”.

“Biq Mak” indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 94 qəpik olmalıdır.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış iqtisadçı-ekspert Əkrəm Həsənov beynəlxalq aləmdə valyutaların real məzənnəsini müəyyən etmək üçün bir çox alətlərin olduğunu bildirdi:

“Biq Mak” onlardan biridir. Amma bu alətlərin çıxardığı bütün nəticələrin düzgün olduğunu söyləmək çətindir.

Məlum olansa odur ki, manatın məzənnəsi dollarla müqasyisədə xeyli aşağı olmalı idi. Niyə? Çünki, valyuta ehtiyatlarımız çoxdur. Üstəlik, dünya bazarında neft və qazın qiymətindəki son sıçrayış da valyuta ehtiyatlarımızı xeyli artırıb.
Hazırda Mərkəzi Bankı istəsə dolları ucuzlaşdırıb, manatı bahalaşdıra bilər. Yəni valyuta ehtiyatlarımız buna imkan verir. Amma Mərkəzi Bank bunu etmir.

Birincisi, bunu etmir ona görə ki, neftin qiyməti bahadır, valyuta ehtiyatımız çoxdur, amma sabah neftin qiyməti necə olacaq onu bilmək çətindir.

İkincisi, bununla biz milli istehsala ziyan vurmuş oluruq. Manat bahalaşsa onda bizim məhsullar xaricilər üçün cəlbedici olmayacaq”.

Bununla belə tanınmış ekspert manatın dollara qarşı məzənnəsinin xeyli yüksək olduğunu düşünür.

Amma indiki halda Mərkəzi Bankın manatın məzənnəsinin artırılmasına getməsinə də lüzum görmür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO