Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ 

Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ 

Hazırda oxunan: Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ 

89001

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 979 226,06 min ABŞ dolları dəyərində 6 679 380,57 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 021 414,64 min dollar dəyərində 1 449 824,24 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 1 028 653,6 min dollar dəyərində 1 236 761,15 ton neft ixrac edilib. Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 26 ölkəyə 12 397 710,22 min dollarlıq 16 414 905,12 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edir: 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO