Ürəyi sağda olan XALQ ŞAİRİ – Oğlunun ölüm xəbərini eşidib şəkər tutdu

Ürəyi sağda olan XALQ ŞAİRİ – Oğlunun ölüm xəbərini eşidib şəkər tutdu

Hazırda oxunan: Ürəyi sağda olan XALQ ŞAİRİ – Oğlunun ölüm xəbərini eşidib şəkər tutdu

88891

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Evin kiçiyi olub. Böyük qardaşı evli imiş və övladı olmurmuş. Atası Bəxtiyarı qardaşına oğulluğa verib.

Qardaşının tərbiyəsi ilə böyüyən Vahabzadə onu ata bilib. Yalnız böyüyəndən sonra həqiqəti öyrənib.

Bakıda orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1958-ci ildə, Sovetlərin qılıncının qəbzəsi də kəsən vaxtlar, “Gülüstan” poemasında ikiyə bölünmüş Azərbaycanın faciəsini qələmə alıb.

Bu poemaya görə 1962-ci ildə şairi “millətçi” damğası ilə işlədiyi Azərbaycan Dövlət Universitetindən çıxarıblar. 2 ildən sonra işə bərpa edilib.

1950-ci ildə 25 yaşı olarkən, küçədə təsadüfən gördüyü 17 yaşlı qıza vurulur. Onu tapıb, elçi göndəririr və evlənir.

Ailədə ciddi adam olub. Bakı Şəhər Partiya Komitəsində məsul vəzifədə işləyən 35 yaşlı oğlunu “yolunu azdığı” üçün şillələmişdi.

İranda və Türkiyədə onu tanıyırdılar, əsərlərini oxuyurdular. Amma uzun illər elə bilirdilər ki, çoxdan yaşayb, yaradıb və dünyasını dəyişmiş klassikdir.

Oğlu İsfəndiyar İranda işləyəndə atasınıın şəklini kabinetinin divarından asıb. Kim olduğunu soruşanlar Bəxtiyar Vahabzadənin sağ olmasına və onun atası reallığına inanmayıblar.

Bəxtiyar Vahabzadə Sovet rejimi vaxtı, 1960-cı illərdən milli azadlıq hərəkatının öncüllərindən idi.

Oğlu İsfəndiyar Əfqanıstanda xidmət edib. Həmin illər deputat olan Bəxtiyar Vahabzadə onu saxlatdıra bilərdi. O illər gedənlərin əksəriyyəti sağ qayıtmırdı, ölüsü qayıdanlar da az idi. İki dəfə Bəxtiyar Vahabzadə oğlunun ölüm xəbərini eşidir. Birində şəkərə tutulur. İkincisində isə qan təzyiqi tapır.
Bəxtiyar Vahabzadə haqqında tez-tez tənqidi yazılarla rastlaşırıq. “Gülüstan” poemasının KQB-nin icazəsi ilə yazılması da iddia edilir.

Şəkidə görüşdə Heydər Əliyev demişdi ki, respublikada bir nömrəli dissident Bəxtiyar Vahabzadə olub. Onu təqiblərdən Heydər Əliyev qurtarıb.

1990-cı il 20 Yanvar hadisələrində rus generalı Dubinyakın üzünə tüpürmüşdü.

Bəxtiyar Vahabzadənin ürəyi sağda olub. Türkiyədə müayinə vaxtı ona deyiblər ki, sənin bütün orqanlarının yeri fərqlidir, sağdakılar solda, soldakılar sağdadır.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də cümə günü 83 yaşında dünyasını dəyişib.

O dünyasın dəyişəndə qolundakı saatın böyük əqrəbi 3-ün, kiçik əqrəbi 8-in üstündə dayanıb.

Fəxri xiyabanda dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO