Abşeronun sabiq baş memarına ikinci dəfə HÖKM OXUNDU  

Abşeronun sabiq baş memarına ikinci dəfə HÖKM OXUNDU  

Hazırda oxunan: Abşeronun sabiq baş memarına ikinci dəfə HÖKM OXUNDU  

88834

Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin barəsində daha bir məhkəmə prosesi keçirilib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.  

Hökmə əsasən A.Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə başlanılmış cinayət təqibinə xitam verilib. 

Bundan başqa, A.Əliyev Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə təqsirli bilinib və 4 min manat cərimə olunub.  
Bu cinayət işi üzrə Xırdalan şəhər Bələdiyyəsi və İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmuiş qismində tanınıb.  

İttihama görə, A.Əliyev Xırdalan şəhəri ərazisində qanunsuz tikililərə icazə verib. 

Qeyd edək ki, A.Əliyev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub və rüşvət alma ittihamı üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum eidlib.  
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO