Neft Fondundan XƏBƏRDARLIQ

Neft Fondundan XƏBƏRDARLIQ

Hazırda oxunan: Neft Fondundan XƏBƏRDARLIQ

88782

Son üç ayda Azərbaycan Dövlət Neft Fondu ( ARDNF ) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

Bizim.Media xəbər verir ki, bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

"ARDNF bu paylaşımların tamamilə yalnış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.
Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur", - deyə açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO