Şabranda güclü yanğın yaşayış evlərinə keçdi - BÖLGƏDƏN SON MƏLUMAT - FOTO/VİDEO

Şabranda güclü yanğın yaşayış evlərinə keçdi - BÖLGƏDƏN SON MƏLUMAT - FOTO/VİDEO

Hazırda oxunan: Şabranda güclü yanğın yaşayış evlərinə keçdi - BÖLGƏDƏN SON MƏLUMAT - FOTO/VİDEO

88743

Şabran rayonunda yanğın təhlükəsi qalmaqdadır.

Rayonun icra başçısının müavini İlkin Ağayev Bizim.Media-ya bildirib ki, hazırda FHN-nin Bakı, Sumqayıt şəhərlərinfən və şimal rayonlarından 12 yanğınsöndürən avtomobili alovla mübarizəyə cəlb edilib.

Hava artıq qaraldığından FHN-nin alovu söndürən bir helikopteri ərazini tərk edib.

Yanğın nəticəsində Dağbilici kəndində 1 yaşayış evi tam, 2 ev qismən, 4 evin həyətində isə ot tayaları yanıb.

Yanğınla əlaqədar  Şabranın dağlıq kəndlərinə enerji və qaz verilişi dayandırılıb. Vəziyyətə ciddi nəzarət olunur.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO