Şimali Koreya Ukrayna müharibəsinə qoşulur - ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİ BAŞLADACAQ MƏKTUB

Şimali Koreya Ukrayna müharibəsinə qoşulur - ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİ BAŞLADACAQ MƏKTUB

Hazırda oxunan: Şimali Koreya Ukrayna müharibəsinə qoşulur - ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİ BAŞLADACAQ MƏKTUB

88739

Ukrayna müharibəsinin altıncı ayı yaxınlaşdığı bir vaxtda dünya bazar ertəsi təhlükəli əməkdaşlıq xəbəri ilə sarsılıb.

Bizim.Media "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, raket sınaqları ilə beynəlxalq ictimaiyyətin qınağı ilə üzləşən Şimali Koreya Rusiya ilə ittifaq qurur.

İddia edilir ki, rəsmi Moskva Pxenyan administrasiyasına təbii qaz və taxıl təklif etməyə hazırlaşır. Bunun əvəzində isə Şimali Koreyadan Ukraynadakı cəbhə xəttinə 100 min əsgər göndərilməsi xahiş olunacaq.

Kremlin qeyri-rəsmi mətbuat orqanı sayılan "Regnum" Şimali Koreyanın diplomatik kanallar vasitəsilə Rusiyaya birbaşa müharibədə iştirak edə biləcəyini çatdırdığını yazıb.

Agentliyin xəbərində, “Şimali Koreya Donbasa 100 min əsgər göndərməyə hazırdır” ifadəsi diqqət çəkərkən, koreyalı əsgərlərin yerləşdiriləcəyi ərazilər də açıqlanıb.

Şimali Koreya mediası isə Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Pxenyan arasında daha güclü əlaqələr qurmaq istədiyi barədə yazıb.

Şimali Koreyanın müstəqillik günü münasibəti ilə Kim Çen Ina məktub yazan Putin bildirib ki, iki ölkə konstruktiv ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Rusiya lideri məktubunda ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının Koreya və Şimal-Şərqi Asiyada təhlükəsizliyin artırılmasına kömək edəcəyini bildirib.

Kim Çen In isə Putinə cavab məktubunda əməkdaşlığın artmağa davam edəcəyini bildirib:

"İki ölkə arasında bu strateji və taktiki əməkdaşlıq, dəstək və həmrəylik İkinci Dünya müharibəsindən sonra düşmən hərbi qüvvələrinin təhdid və təxribatlarının qarşısının alınması üçün yeni səviyyəyə yüksəlib", - deyə K.Çen In bildirib.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO