Hərbi əsirlərin mübadiləsi ilə bağlı Ermənistan tərəfinin böyük problemi var idi. Çünki Ermənistan vaxtında və tam siyahı təqdim edə bilməyib.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov: “ABŞ-ın Rusiyaya qarşı siyasi xətti dəyişməyəcək”
“Azərbaycan siyahını dərhal verdi, orada say çox deyildi və əsirlər qayıtdılar. Ermənistan tərəfindən isə siyahı tam və dərhal təqdim edilmədi".
Lavrov hərbi əməliyyatlar bitdikdən sonra Ermənistandan Hadruta gedən silahlı dəstə ilə bağlı məsələyə də toxunub.
Bildirib ki, bununla əlaqədar erməni həmkarı ilə təmasdadır: "Yekun siyahını dəqiqləşdirməyə çalışırıq, orda 62 nəfərdən çoxdur”.
Bizim.Media