Putin hərbçilərə müraciət edəcək - MÜHÜM BƏYANAT GÖZLƏNİLİR 

Putin hərbçilərə müraciət edəcək - MÜHÜM BƏYANAT GÖZLƏNİLİR 

Hazırda oxunan: Putin hərbçilərə müraciət edəcək - MÜHÜM BƏYANAT GÖZLƏNİLİR 

88526

Rusiya prezidenti Vladimir Putin “Armiya-2022” beynəlxalq hərbi-texniki forumunda mühüm bəyanatla çıxış edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalı məlumat yayıb.

“Vladimir Putinin gələn həftə “Armiya-2022” forumunda çıxış edəcəyi gözlənilir. Forum hər il keçirilir və prezident ənənəvi olaraq bura gəlir, lakin bu dəfə tədbir son dərəcə isti atmosferdə keçəcək. Ona görə də Putinin buradakı çıxışının vacib olacağını güman etmək olar”, - deyə “Rossiya-1” qeyd edib.

Forum avqustun 15-dən 21-dək Moskva yaxınlığındakı Patriot parkında keçiriləcək. Burada silah və texnikanın müasir nümunələri sərgilənəcək. Tədbirin mövzularından biri də Rusiya ilə digər ölkələr arasında hərbi-texniki əməkdaşlıq olacaq.

Forumda yeni X-69 qanadlı raketi ilk dəfə nümayiş etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO