Bakı-Quba yolunda yaralanan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB - ÖZƏL/FOTO

Bakı-Quba yolunda yaralanan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB - ÖZƏL/FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda yaralanan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB - ÖZƏL/FOTO

88483

Bakı-Quba yolunun 98-ci km-də baş verən qəzada yaralanan şəxslərin kimliyi bəlli olub.

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən Bizim Media-ya verilən məlumata görə, Bakı sakinləri - 49 yaşlı Şamama Xasay qızı Qənbərova, onun oğlu Elnur Rüstəm oğlu Qənbərov müxlif sınıq və xəsarətlərlə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar, hazırda intensiv müalicə tədbirləri davam etdirilir.

Qəzada həyatını itirən bir nəfərin isə şəxsiyyəti hələ açıqlanmır.

*** 11:57

Bakı-Quba yolunun 98-ci km-də, Siyəzənin Beşdam kəndi ərazisində baş verən qəzada  "Mercedes" markalı avtomaşınla yük maşını toqquşub.

Bizim.Media xəbər verir ki, nəticədə 1 nəfər yerindəcə ölüb, 2 nəfər isə yaralanıb.

Yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Dəhşətli qəzanı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

*** 11:27

Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində dəhşətli qəzada 1 nəfər ölüb, 2 nəfər də yaralanıb.

Bizim.Media xəbər verir ki, yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Ölənlərin və yaralıların adları dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO