Rusiya hərbi sənaye kompleksinə çəkilən xərcləri 700 milyard rubl artırmaq niyyətindədir. Şoyqunun T-72 tanklarının istehsalı üçün “Uralvaqonzavod”a bu yaxınlarda səfəri də hərbi istehsalın maksimum yüksəldiləcəyindən xəbər verir.
Bizim.Media-nın məlumatına görə, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
İddia edilib ki, bu zavod Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə maliyyə çətinliyi ilə üzləşib və avadanlıq istehsalında dövlət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.
ISW-nin fikrincə, silah istehsalını səfərbər etmək cəhdi Rusiya Federasiyasının Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazır olduğunu göstərə bilər. Tədqiqatçılar xatırladıblar ki, Kreml müdafiə sektoru üçün çalışan sənaye müəssisələrini səfərbər etmək qərarına gəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:48 / 14.08.2022
Rusiya uzunmüddətli müharibəyə hazırlaşır - ISW
Hazırda oxunan: Rusiya uzunmüddətli müharibəyə hazırlaşır - ISW
Hazırda oxunan: Rusiya uzunmüddətli müharibəyə hazırlaşır - ISW
88473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.