Ukraynalı azərbaycanlılar “Milli İcmalar” layihəsində - VİDEO

Ukraynalı azərbaycanlılar “Milli İcmalar” layihəsində - VİDEO

Hazırda oxunan: Ukraynalı azərbaycanlılar “Milli İcmalar” layihəsində - VİDEO

8847

“Ukraynalı könüllülər” ukraynalıların soy kökünü, kim olduqlarını araşdıraraq bütün dünyaya yaymağa çalışan bir media layihəsidir.

Layihənin məqsədi mənfi stereotipləri dağıdaraq insanların bir-birinə açıq və dəyişməyə hazır olduğu bir cəmiyyəti inkişaf etdirməkdir.

Bu qrup insanların Ukrayna ilə daha yaxından tanış olması üçün bir sıra layihələr həyata keçirirlər. Bu layihəlrdən biri də "Milli İcmalar" layihəsidir. 

Bizim.Media xəbər verir ki, layihənin bu dəfəki xüsusi buraxılışı "Ukrayna azərbaycanlıları" sujeti ilə yadda qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada başqa dildə danışmaq olmaz – Ali Radadan qərar


Layihənin qəhrəmanları ictimai xadim, Ukraynada olan Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyeva və jurnalist, ictimai xadim Azad Səfərov olub.

Layihədə qəhrəmanlar Ukraynadakı azərbaycanlıların həyat və fəaliyyətindən söhbət açıblar. Onlar Ukraynada yaşayan azərbaycanlıların hər zaman adət-ənənələrini və mədəni irslərini qoruyub saxlamalarından, Ukrayna ilə Azərbaycan arasında olan isti münasibətlərdən bəhs ediblər.

Bundan başqa sujetin baş qəhrəmanları Ukraynaya bəslədikləri böyük sevgidən də danışıblar.

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO