Pandemiya başlayandan az sonra dəmir yoluyla sərnişindaşıma xeyli dərəcədə məhdudlaşdırıldı.
Yalnız Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt sürət qatarları fəaliyyətlərini davam etdirdi. Sonradan Bakı-Gəncə sürət qatarının da fəaliyyəti bərpa olundu.
Lakin 2 ildən artıqdır ki, dəmir yolu ilə Beynəlxalq və ölkədaxili sərnişin daşıma xidməti göstərilmir. Bunun da bir səbəbi sərhədlərin pandemiya səbəbi ilə bağlı olmasıdır. Amma nəzərə alaq ki, ölkədaxilində xeyli sayda dərmir yolu marşrutları var.
Məsələn, Bakı-Astara, Bakı-Horadiz, Bakı-Ağstafa və Bakı-Balakən marşrutlarının işləməməsinə bu gün elə bir ciddi əsas yoxdur.
Əgər Bakı-Gəncə qatar işləyirsə, onda Bakı-Ağstafa qatarının işləməməsində hansı problem ola bilər? Və yaxud ölkə daxilində bütün istiqamətlərdə avtobus və digər nəqliyyat vasitələri və hətta təyyarələr işləyirsə dəmir yolu qatarları niyə işləməsin?
Millət vəkili Razi Nurullayev də məsələ ilə bağlı narahtçılığını dilə gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda bütün kommunikasiyalar açıqdır, qatarların işləməməsi başa düşülmür:
“Vətəndaş ölkə daxilində rahat hərəkət etmək istəyir. Seçimləri isə öz tərcih etməlidir. Əgər Bakıdan rayonlara avtobuslar və digər nəqliyyat vasitələri işləyirsə, niyə dəmir yolu işləməsin? Bu məsələ sərnişin daşımada ciddi problemlər yaradır.
Bu məsələnin birbaşa pandemiyaya bağlı olması suallar doğurur. Onda Bakı-Gəncə qatarı niyə işləyir? Və yaxud Bakı-Astara qatarı işləsə nə dəyişər? Hər halda mən bu qatar reyslərinin və vətəndaşların rahat gediş-gəlişinin tərəfdarıyam.
Dəmir yolunun bu vaxtadək açılmaması də mənim üçün anlaşılan deyil”.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir yolları” QSC ilə əlaqə saxladıq. Qurumun sözçüsü Natəvan Bayramova Bizim.Media-ya bildirdi ki, hazırda bu məsələ Cəmiyyətin rəhbərliyinin diqqət mərkəzindədir.
“Ölkə daxilində dəmir yolu ilə sərnişin daşımanın bərpası üçün tərəfimizdən müvafiq qurumlarla danışıqlar aparılır və tezliklə lazımı açıqlama veriləcək”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:45 / 13.08.2022
Sərnişin qatarları BU TARİXDƏN fəaliyyətini bərpa edəcək – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sərnişin qatarları BU TARİXDƏN fəaliyyətini bərpa edəcək – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Sərnişin qatarları BU TARİXDƏN fəaliyyətini bərpa edəcək – RƏSMİ AÇIQLAMA
88302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.