Rayonlarda un qıtlığına səbəb nədir? - VİDEO

Rayonlarda un qıtlığına səbəb nədir? - VİDEO

Hazırda oxunan: Rayonlarda un qıtlığına səbəb nədir? - VİDEO

88207

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Xəzər xəbər”in süjetində bildirilib. 

Qeyd olunub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. 

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki, un gəlmir. 

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər. 

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda  tədarükünə başlanıb. 
O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO