DSX-dan ƏMƏLİYYAT – İrandan narkotik keçirilməsinin qarşısı alındı 

DSX-dan ƏMƏLİYYAT – İrandan narkotik keçirilməsinin qarşısı alındı 

Hazırda oxunan: DSX-dan ƏMƏLİYYAT – İrandan narkotik keçirilməsinin qarşısı alındı 

88205

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Bizim.Media DSX-ya istinadən xəbər verir ki, avqust ayının 11-də saat 01:05-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu ərazinin sıx qamışlıq və qaranlıq olmasından istifadə edərək əlindəki bağlamanı ataraq geri, İran ərazisinə qaçmışdır. 

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 21 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (20 kq 700 qr “marixuana” və 1 kq “tiryək”, 200 qr “heroin”) aşkar olunaraq götürülmüşdür. 
Fakt  üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO