Ağalıda səyyar ədliyyə xidmətləri təşkil edildi - FOTO

Ağalıda səyyar ədliyyə xidmətləri təşkil edildi - FOTO

Hazırda oxunan: Ağalıda səyyar ədliyyə xidmətləri təşkil edildi - FOTO

88165

“Smart city/Smart village” konsepsiyasına uyğun olaraq yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndində müasir xidmətlərin təşkili Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstəriblər.

Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin hüquqi maarifləndirilmə işi aparılmaqla müasir xidmət üsulları barədə vətəndaşlara məlumatlar verilib, onları maraqlandıran məsələlər üzrə zəruri hüquqi yardım göstərilib, xidmət prosedurları və bu sahədə tətbiq elektron resurslar və innovativ həllər haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Ədliyyə xidmətlərinən heç bir yerə getmədən və sənəd toplamadan yararlanması imkanları Zəngilan rayonunun Ağalı kənd sakinləri arasında böyük rəğbətlə qarşılanıb. Bu növ fəaliyyətin həmçinin “ASAN xidmət” çərçivəsində göstərilməsi də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO