Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? - TƏHLİL

Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? - TƏHLİL

Hazırda oxunan: Mərkəzi Bankın qərarı bank sektorunda nələri dəyişəcək? - TƏHLİL

88117

Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklikləri təsdiq edib. Ölkə başçısının göstərişi ilə qəbul edilən bu qərar birbaşa ölkədə həyata keçirilən pul-kredit siyasətini daha da sağlamlaşdıracaq.

Bəs bu qərardan sonra nank sektorunda nələr dəyişəcək?

Yeni qaydaya görə bundan sonra 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək.

Bundan əlavə, onlara verilən kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq. Əvvəl sözügedən müddət 5 gün nəzərdə tutulmuşdu. 

Eləcə də 360 gündən yuxarı veriləcək kreditlər artıq hərracdan kənar verilən yenidənmaliyyələşdirmə kreditləri sayılacaq.

Digər bir şərt ondan ibarətdir ki, makroiqtisadi vəziyyət nəzərə alınmaqla Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. 

Tanınmış iqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bankın bu addımını müsbət addım kimi qiymətləndirib. 

Bizim.Media ilə söhbətində o bildirib ki, bu qərarların hər biri Mərkəzi Bankın maliyyə alətlərinə çıxışı qismən də olsa sərtləşdirir:

“Təbii ki, Mərkəzi Bank təcrübədə ortaya çıxan çətinlikləri nəzərə alaraq bu qərarı verib. Və bu dəyişiklik kredit siyasətindəki çatışmamazlığın aradan qaldırılmasına hədəflənib. Yeni qaydalar Mərkəzi Banka pul-kredit siyasətini çox qısa zamanda əlində cəmləşdirməyə əsas verəcək. Beləki, artıq verilən kreditlərin qayıtmasını 360 gün gözləmək lazım gəlməyəcək. Bu da pul-kredit siyasətində dövlət nəzarətini xeyli gücləndirəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO