Rusları vəlvələyə salan HIMARS-ın saytı sındırıldı

Rusları vəlvələyə salan HIMARS-ın saytı sındırıldı

Hazırda oxunan: Rusları vəlvələyə salan HIMARS-ın saytı sındırıldı

87891

Ukraynaya tədarük edilən və rusları vəlvələyə salan HIMARS reaktiv sistemlərinin istehsalçısı, ABŞ-ın “Lockheed Martin” müdafiə konserninin saytına haker hücumu olub. Daxil olmaq istəyərkən brauzer 403 server xətasını göstərir. 

Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki,  Killnet rusiyayönlü haker qrupunun nümayəndələri resursa hücumu öz boyunlarına götürüblər.

Qrupun Telegram kanalında yayılan mesajda bildirilir ki, hakerlər “Lockheed Martin”in əməkdaşları üçün avtorizasiya sistemini sındırıblar, konserndə işləmək üçün bütün namizədlərin məlumatlarını yaddaşa köçürüblər və “agentlik istifadəçisi” identifikatorunun əldə edilməsinə girişi açıblar. 
Hazırda sms-lətə əlavə edilən linklərin heç biri işləmir.

Killnet hakerlərinin fikrincə, “Lockheed Martin” terror təşkilatıdır. Şirkətin bloklanmasına “Anonim Rusiya” və CarbonSec qrupları da qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO