Sosial şəbəkələrdə BANK FIRILDAQLARI – “Bunun qarşısını almaq mümkün deyil” - EKSPERT

Sosial şəbəkələrdə BANK FIRILDAQLARI – “Bunun qarşısını almaq mümkün deyil” - EKSPERT

Hazırda oxunan: Sosial şəbəkələrdə BANK FIRILDAQLARI – “Bunun qarşısını almaq mümkün deyil” - EKSPERT

87888

Son vaxtlar sosial platformalarda yeni dələduzluq şəbəkəsi peyda olub. Bu şəbəkənin üzvləri sosial platformalarda paylaşımlar edərək izləyicilərə qısa zamanda yüksək gəlirlər vəd edir. Bəziləri isə ehtiyacı olanlara 1 milyon dollara qədər güzəştli kredit boyun olur. 

Çox təəssüf ki, bəzi soydaşlarımız bu cür fırıldaqçılara inanır, həmin fırıldaqçıların qurbanına çevrilirlər. Dələduzlar onlara cavab yazan izləyicidən əvvəlcə şəxsi bank hesabını və onun kodunu istəyirlər. Və yaxud yüksək depazit üçün müəyyən miqdarda avans ödənişi tələb edirlər. Beləcə, vətəndaşın bank hesabındakı pullar fırıldaq yolu ilə zəbt olunur, onlara inanan insanların bank hesabı ilə müxtəlif qanunsuz əməliyyatlar aparılır və yaxud müxtəlif miqdarda avans ödəniş alınır. 

Bəs bu cür hallardan sığortalanmaq üçün nə etmək lazımdır?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizim.Media ilə söhbətində məsələnin cox ciddi xarakter aldığını bildirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə DƏLƏDUZLUQ - Bank kartındakı pulunuz mənimsənə bilər


“Sosial şəbəkə açıq məkandır. Ona görə də bu şəbəkəyə qoşulan insanlar ehtiyatlı olmalıdır. Bu dələduzluğun qarşısnı almaq üçün ilk növbədə vətəndaşlar özləri ayıq olmalıdırlar ki, sonradan qurbana çevrilməsinlər.Bunun üçün də ciddi maarifləndirmə işləri aparılmalıdır. Məsələn, Elektron Təhlükəsizlik Xidməti var. Son caxtlar kibertəhlükəsizliklə bağlı olan bu qurum müəyyən işlər görür. Həmin Xidmət də bu məsələ ilə bağlı maarifləndirmə işlərini gücləndirməlidir. Açığını deyim ki, bu məsələnin qarşısını inzibati yolla almaq mümkün deyil. Bu problem ancaq maarifləndirmə yolu həll oluna bilər”.

Bu məsələdə vətəndaşlar daha ayıq-sayıq olmalıdırlar. Onlara bu cür mesajlar gələndə həmən hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Çalışılmalıdır ki, başqaları bu dələduzların qurbanına çevrilməsinlər. 

Gündüz Osman hesab edir ki, burda əsas yük bankların üzərinə düşür:

“Banklar məsuliyyəti vətəndaşın üzərinə atmalı deyil. Banklar özlərinin mobil tətbiqləriylə, bukletləriylə, sosial səhifələriylə maarifləndirmə tədbirləri apara bilərlər ki, insanların rəqəmsal savadlılğı artsın. Və belə xoşagəlməz hallarla qarşılaşılmasın”.

Tanınmış hüquqşünas Əsabəli Mustafayev bu cür halların cinayət məsuliyyəti yaratdığını bildirdi: 

“Burda qanunsuz sahibkarlığın tərkibi var. Yəni qiymətli kağızların alqı-satqısı və bank fəaliyyəti üçün müvafiq lisenziya tələb olunur. Bu lisenziya yoxdursa bu qanunsuz sahibkarlıq fəaliyyəti sayılır. Üstəlik, əgər təklif olunanlar dövlət qeydiyyatından keçməmiş “qiymətli kağızlar”dırsa artıq bu cinayət əməlidir. Bundan əlavə yalan reklam yaymaq özü də dələduzluğun başqa bir məsuliyyət predmetidir”.

Ona görə də vətəndaşlardan tələb olunur ki, sosial şəbəkələrdə yayılan məlumatlara və gələn şirnikləndirici mesajlara inanmasınlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO