Səfər Mehdiyevi saxlayan polis işdən çıxarıldı - VİDEO

Səfər Mehdiyevi saxlayan polis işdən çıxarıldı - VİDEO

Hazırda oxunan: Səfər Mehdiyevi saxlayan polis işdən çıxarıldı - VİDEO

87878

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var. 

Bizim.Media xəbər verir ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb.

İşdən kənarlaşdırılan DYP əməkdaşlarının adlarını dəqiqləşdirməyə və yaxın saatlarda olayla bağlı daha təfərrüatlı informasiya verməyə çalışacağıq.  

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.
Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb. 

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb. (Sfera.az) 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO