Egey dənizində miqrantların qayığı batdı - Onlarla itkin...

Egey dənizində miqrantların qayığı batdı - Onlarla itkin...

Hazırda oxunan: Egey dənizində miqrantların qayığı batdı - Onlarla itkin...

87861

Egey dənizində miqrantları daşıyan qayıq batıb.

Bizim.Media “usnews”a istinadən xəbər verir ki, Yunanıstan sahil mühafizəsi 29 nəfəri xilas etsə də, onlarla miqrant itkin düşüb.

Sahil mühafizəsinin sözçüsü Nikos Kokkalasın sözlərinə görə, xilas edilən miqrantlar qayığın Türkiyənin Antalya şəhərindən İtaliyaya doğru yola düşdüyünü və içərisində 60-80 nəfərin olduğunu bildirib.

O, dövlət televiziyasına bildirib ki, qayıq Egey dənizinin cənubundakı Karpatos adasında batıb. 

Adının açıqlanmasını istəməyən başqa bir sahil təhlükəsizlik rəsmisi xilas edilən miqrantların əfqan, iranlı və iraqlı olduğunu bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO