Xaçmazda Vətən müharibəsi şəhidi YAD EDİLDİ - FOTO

Xaçmazda Vətən müharibəsi şəhidi YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Xaçmazda Vətən müharibəsi şəhidi YAD EDİLDİ - FOTO

87778

Xaçmazda Vətən müharibəsi şəhidi Rəhim İmamovun xatirəsi yad edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün rayon rəhbərliyi, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin Xaspoladoba kənd qəbristanlığlndakı məzarını ziyarət ediblər.

Xaçmaz rayonun icra başçısı Elnur Rzayev şəhid Rəhim İmamovun ailə üzvləri ilə görüşərkən belə vətənsevər oğul böyütdükləri üçün təşəkkür edib. 

Hərbi xidmət zamanı Daxili Qoşunların rabitəçisi kimi qulluq etmiş R.İmanovun Vətən müharibəsində göstərdiyi igidlikdən danışan rayon rəhbəri, "Ot kökü üstə bitər"deyib. 
Şəhid Rəhimin atası Rauf İmamovun Birinci Qarabağ müharibəsi veteranı olduğu da xüsusi vurğulanıb.

Qeyd edək ki, R.İmamov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" döyüş medalları ilə təltif edilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO