Bağçalara işə qəbulla bağlı qiymətləndirmə BELƏ APARILACAQ

Bağçalara işə qəbulla bağlı qiymətləndirmə BELƏ APARILACAQ

Hazırda oxunan: Bağçalara işə qəbulla bağlı qiymətləndirmə BELƏ APARILACAQ

87766

2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

Məlumat kitabçasında namizədlərin müsabiqəyə hazırlığına kömək məqsədilə müxtəlif fənlər üzrə əsas mövzular verilib. Çərçivə sənədi ilə Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO