Prezident İlham Əliyev Konyada Fələstinin Baş nazirini qəbul etdi - YENİLƏNİB/FOTO 

Prezident İlham Əliyev Konyada Fələstinin Baş nazirini qəbul etdi - YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Prezident İlham Əliyev Konyada Fələstinin Baş nazirini qəbul etdi - YENİLƏNİB/FOTO 

87745

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib.

Bizim.Media xəbər verir ki, Mohammed Ştayyeh Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib.

Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğuladı. Fələstin Dövlətinin Baş naziri Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini çatdırıb.

Mohammed Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırıb.

Xoş sözlərə görə təşəkkürünü bildirən İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd edib. O.Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini və onunla təmaslarını məmnunluqla xatırlayaraq siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişlədirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğulayıb və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirib.

*** 17.33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO