Daha bir müharibə qazisi protezlə təmin olundu - FOTOLAR

Daha bir müharibə qazisi protezlə təmin olundu - FOTOLAR

Hazırda oxunan: Daha bir müharibə qazisi protezlə təmin olundu - FOTOLAR

8769

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.

ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, qazinin özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai işlə təmin edilib.

Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşgulluq proqramına cəlb olunublar.

Yaxın günlərdə proqramın dəstəyi olaraq onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.

Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.

Bununla bağlı olaraq, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb.

Ölçülər götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.

Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO