“İki il əvvəl görmə və eşitmə qabiliyyətimi, bütün beynimi sıradan çıxaran bu qəribə, çox nadir vaskulit forması keçirdim. Sağalmağım bir il çəkdi. Bir daha görə, eşidə və yeriyə biləcəyəmmi, bilmirəm. Sağ olduğum üçün şanslıyam”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri dünya şöhrətli Hollivud aktyoru Eşton Katçer müsahibələrin birində dilə gətirib.
Məqsədinə çatmaq üçün getdiyi yolda ona heç bir şeyin mane ola bilmədiyini vurğulayan Katçer həyatı həqiqətən də dəyərləndirməyə başladığını söyləyib.
“Maneələri görməyə başladığınız an həyat əyləncəli olmağa başlayır, elə deyilmi? Həmin vaxt problemlərin altında yaşamaq əvəzinə həll etməyə çalışırsan” deyə aktyor fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Eşton Katçer 10 ildir ki, Mila Kunislə evlidir.
Onların münasibətləri 2012-ci ildə başlayıb, iki il sonra fevral ayında cütlük nişanlandıqlarını açıqlayıblar. 2014-cü ildə Kunis Vyatt Isabelle Katçer adlı bir qız dünyaya gətirib. 30 noyabr 2016-cı ildə Mila və Eşton ikinci dəfə valideyn statusu qazanıblar.
Aşiqlərin Dimitri adlı bir oğlu da var. Bu yaxınlarda isə cütlük uşaqları ilə birlikdə Los-Ancelesdə beş il müddətinə tikilmiş 24.000 kvadratmetrlik yeni bir villaya köçüb.
Cütlük qapalı həyat tərzi keçirir, demək olar ki, heç vaxt ictimai tədbirlərdə görünmür, bütün boş vaxtlarını evdə uşaqları ilə keçirməyə üstünlük verirlər. Yalnız arabir gəzinti zamanı paparassilərin obyektivinə düşürlər.
Keçən sentyabrda onlar Los-Ancelesdə xərçəng xəstəliyinin qarşısının alınması, aşkarlanması və müalicəsinin mümkün yollarını öyrənmək üçün alimləri cəlb edən Laurence J. Ellison İnstitutunun açılışında qonaq olublar. Və bu ilin martında sevgililər “Oskar”ın qırmızı xalçasında görsəniblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:00 / 09.08.2022
Hollivud aktyoru nadir xəstəliyə tutulub - FOTO
Hazırda oxunan: Hollivud aktyoru nadir xəstəliyə tutulub - FOTO
Hazırda oxunan: Hollivud aktyoru nadir xəstəliyə tutulub - FOTO
87662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.