Gəncədə Aşura Günü ilə bağlı tədbirlər keçirildi - FOTO

Gəncədə Aşura Günü ilə bağlı tədbirlər keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə Aşura Günü ilə bağlı tədbirlər keçirildi - FOTO

87580

Gəncədə Məhərrəm ayının 10-cu – Aşura Günü ilə əlaqədar olaraq mərasim keçirilib, könüllü qanvermə aksiyası təşkil olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə və ətraf rayonlarda yaşayan sakinlər dünəndən etibarən "İmamzadə" dini kompleksinə gələrək, imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarını ziyarət edib, burada keçirilən mərasimlərə qatılıblar.

Aşura Günü ilə əlaqədar keçirilən mərasimlərdə şəhid ailələrinin üzvləri də iştirak ediblər. 

Sözügedən mərasimlərə qatılan dindarlar bir neçə gün əvvəl Azərbaycanın Londondakı səfirliyində baş verən hadisələrə etiraz əlaməti olaraq üç rəngli Azərbaycan bayraqlarını dalğalandırıb, birlik nümayiş etdiriblər. 

Məlumat üçün bildirək ki, "İmamzadə" dini kompleksin ərazisində çadırlar qurulub, ziyarətə gələn vətəndaşlar burada ehsan süfrəsinə qonaq ediliblər. 

Bununla yanaşı, Gəncədə könüllü qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının Gəncə Bölməsində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, habelə sakinlər iştirak ediblər. 

Aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.
Qeyd edək ki, Mərkəzi Qan Bankının Gəncə bölməsində hazırda 63 hemofiliya, 125 talassemiya xəstəsisi qeydiyyatdadır.

Məqsəd Rəhimov Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO