"Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir".
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Londonda səfirliyimizə hücumun arxasında erməni lobbisi dayanır” – Allahşükür Paşazadə
"Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur. Bəzi insanların İmam Hüseynin adından istifadə edərək İslamın daxilində ayrıseçkilik yaratması düzgün deyil. İnsanlar gəlib bir yerdə İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalıdırlar", - o bildirib.
Bizim.Media